Bakıda silahlı şəxs
29-12-2011, 13:20
Oxunub: 6 970
O, qorunan körpüdə yaxalanib
Bakıda strateji əhəmiyyətli körpünün üzərində silahlı şəxs saxlanılıb.
Bu barədə bolgexeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları H. Əliyev prospektindəki qorunan körpünün üstündə, Cəbrayıl rayon sakini Vidadi Fərhadov şübhəli şəxs qismində saxlayıb. Ondan 1 ədəd «Naqan» tipli tapança götürülüb və sonrakı araşdırmalar aparılması üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.