Beynəlxalq Banka yeni sədr təyin olundu
2-04-2015, 12:11
Oxunub: 5 463
Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub
Bu barədə "Qafqazinfo"ya məlumat Beynəlxalq Bankdan daxil olub. Məlumata görə, "PaşaBank"ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.
Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.
Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.
03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin Direktoru vəzifəsində çalışıb.
30.06.2007-ci il tarixdən isə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.
"Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə "PaşaBank"ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 18-01-2025, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər
- 11-01-2025, 17:53 : Bu türk məşhurlarının evləri yandı
Şou-Biznes / Xəbərlər
- 1-02-2025, 17:22 : ABŞ paytaxtını siçovullar basdı
Dünya / Xəbərlər
- 25-01-2025, 16:57 : Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Dünya / Xəbərlər
- 7-01-2025, 13:16 : İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
Bölgə / Xəbərlər
- 24-01-2025, 17:54 : İstanbulda daha bir güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 15-01-2025, 17:57 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 13-01-2025, 16:07 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Gülgəzli kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 8-01-2025, 16:25 : Kerimcan Durmaz həbs olundu
Şou-Biznes
- 15-01-2025, 14:13 : Ronaldo bu klubun şərikli sahibi olacaq
İdman